Cənubi Koreya Şimali Koreyanı nüvə ilə HƏDƏLƏDİ

12:22 - 13 Yanvar 2023

Cənubi Koreya Şimali Koreyanı nüvə ilə HƏDƏLƏDİ

İki ölkə arasında gərginliyin artdığı bir vaxtda Cənubi Koreya Şimali Koreyaya xəbərdarlıq edib. Cənubi Koreya rəhbərliyi ilk dəfə olaraq “nüvə silahı əldə etmək” mesajını verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreyanın xarici işlər və müdafiə rəsmiləri ilə görüşən Cənubi Koreya prezidenti Yoon Suk Yeol nüvə ilə bağlı açıqlamalar verib.

Yoon ilk dəfə Cənubi Koreyanın nüvə silahı əldə edə biləcəyini söyləyib.

Ölkəsinin qabaqcıl texnologiyasının nüvə silahının hazırlanmasında istifadə edilə biləcəyini bildirən Yoon, "Şimali Koreyanın nüvə təhlükəsi artarsa, öz nüvə silahlarımızı əldə edə bilərik. Belə bir vəziyyət uzun çəkməyəcək" - deyib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az