Apple şirkətin baş direktorunun maaşını 40 faiz azaldacaq

14:06 - 13 Yanvar 2023

Apple şirkətin baş direktorunun maaşını 40 faiz azaldacaq

Apple, baş icraçı direktoru (CEO) Tim Kukun şirkətdəki illik maaşının təxminən 40 faiz azalacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Apple-ın əmək haqqı komitəsi Kukun 2023-cü il üçün "hədəf gəlirini" 49 milyon dollar səviyyəsində müəyyənləşdirib.

Apple ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada, "Maaş komitəsi Kukun gəlirlərinin yenidən təşkili ilə bağlı tövsiyəni səhmdarların rəyi və Apple-ın müstəsna fəaliyyəti ilə balanslaşdırdı" – bildirilib.

İllik maaşı 3 milyon dollar və bonusları 6 milyon dollara qədər dəyişməyən Kukun şirkət paylarından əldə etdiyi gəlirin azalacağı bildirilir. Buna uyğun olaraq, 2022-ci ildə “hədəf gəliri” 84 milyon dollar olan Kuk üçün bu il 40 faiz azalma ilə bu rəqəm təxminən 49 milyon dollara düşüb.

Keçən il tədarük zəncirindəki problemlər və qlobal iqtisadi böhran səbəbindən Apple-ın səhmlərinin dəyəri təxminən 20 faiz azalıb.

Kukun şirkətin səhmdarlarının tənqidi üzərinə şirkətdən əldə etdiyi gəlirin illik 40 faiz azaldılmasını istədiyi bildirilir.

62 yaşlı Kukun şəxsi aktivləri 1,7 milyard dollar təşkil edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az