Fransada su ehtiyatları sürətlə tükənir

22:12 - 13 Yanvar 2023

Fransada su ehtiyatları sürətlə tükənir

Fransanın qrunt sularının səviyyəsinin aşağı düşməsi narahatdı.

 

Bu barədə Manset.az xarici mediaya istinadən xəbər verir.

Fransada Geologiya və Mineral Tədqiqatlar Bürosu (BRGM) ölkənin əksər hissəsində yeraltı suların azalmasının narahatlıq doğurduğunu bildirdi.

BRGM tərəfindən dərc edilən status hesabatında, 2022-ci ilin dekabr ayı etibarilə qrunt sularının səviyyəsinin qənaətbəxş olmadığı və yağıntıların 2022-ci ildə kəsiri bağlamaq üçün kifayət etmədiyi bildirilib.

BRGM-nin direktor müavini Pierre Pannet mətbuat konfransında vəziyyətin 2021-2022-ci illərin qışından daha əlverişsiz olduğunu bildirib.

2023-cü ildə quraqlığın davam edəcəyi təqdirdə vəziyyətin 2022-ci ilin yayın sonundakından daha pis olacağını qeyd edən Pannet, ötən ilin yayın sonunda Fransanın demək olar ki, bütün əyalətlərində su məhdudiyyətlərinin olduğunu xatırladıb.

Bu məhdudiyyətlər hələ də ölkənin təxminən 12 əyalətində qüvvədədir.

Həmcinin Fransada içməli suyun üçdə ikisi yeraltı sulardan gəlir.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az