Paltaryuyan maşına girən balaca qız oldü

23:40 - 13 Yanvar 2023

Paltaryuyan maşına girən balaca qız oldü

Fransada kiçik bir qız oynamaq üçün paltaryuyan maşına girib.

Ailəsinin tapıb son anda maşından çıxardığı kiçik qız nəfəs darlığından dünyasını dəyişib.

Manset.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə bir ailə nahar edərkən onların üç yaşlı qızı qəfildən yoxa çıxıb. Ata evdə qızını axtararkən paltaryuyan maşının səsi gələndə qaçıb qapını açıb. Kiçik qızı paltaryuyanda tapan valideynlər panika içində qızlarını xəstəxanaya aparıblar. Uzun müddət nəfəsi kəsilən balaca qızcığazı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

 Hadisə ilə bağlı istintaq başlasa da, kiçik qızın ölümünün dəqiq səbəbi araşdırmalardan sonra açıqlanacaq.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az