Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirdi - YENİLƏNDİ

14:58 - 14 Yanvar 2023

Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirdi - YENİLƏNDİ

Rusiya ordusu tərəfindən Kiyevə ballistik raketlərlə zərbələr endirilib. 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. 

Bildirilib ki, Rusiya S-300-lərdən istifadə edib. Buna görə də Ukrayna Hərbi Hava Qüvvələri həmin raketləri havada zərərsizləşdirə bilməyib.

***

Ukraynanın Xarkov, Poltava, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərində hava hücumu təhlükəsi elan edilib. 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xarkovda partlayışların baş verdiyi bildirilir. Şəhərdə metronun hərəkəti dayandırılıb.

***

Kiyevin sol sahilində partlayış səsləri eşidilib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Zerkalo nedeli” portalı yayıb. 

Bununla belə, şəhərdə hava hücumu təhlükəsi elan olunmadığı bildirilir. 

Eyni zamanda, Kiyev vilayətinin Buça şəhərində və hazırda ukraynalı hərbçilərin nəzarəti altında olan Zaporojye şəhərində də partlayışlar baş verib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az