"Starship” və "Super Heavy Booster” raketi gələn ay ilk orbital sınaq uçuşunu həyata keçirəcək.
Manset.az bildirir ki, AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, SpaceX-in gələcək nəsil kosmik gəmisi olacaq "Starship” yük və insanları əvvəlcə Ay orbitinə, sonra isə Marsa daşımaq üçün hazırlanır.
"Starship” buraxılışdan əvvəl bir çox sınaq mərhələsindən keçəcək. Şirkət bu sınaqları "Starship” gəmisinin "SN" seriyalı prototip versiyaları ilə həyata keçirir.
Əvvəlki buraxılış sınaqlarında 4 dəfə partlayan "Starship” prototipləri son cəhddəki sınaqdan uğurla keçib.
Qeyd edək ki, "Starship” və "Super Heavy Booster” raketi gələn ay ilk orbital sınaq uçuşunu həyata keçirəcək. Birləşdirilmiş buraxılış sistemi NASA-nın noyabr ayında buraxılan Kosmik Başlatma Sistemini (SLS) ötərək, indiyə qədər ən böyük buraxılış sistemi olacaq.