Dünya ictimaiyyəti Əfqanıstanda qadınların təhsil kimi hüquqlardan məhrum edilməsini pisləyərkən, Taliban rəhbərliyi bu qərarın arxasında onların olduğunu bir daha vurğulayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taliban sözçüsü Zabihullah Mücahid bildirib ki, qadınlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması onlar üçün prioritet deyil.
Mücahid İslam şəriətinə zidd hər hansı bir hərəkətə icazə verməyəcəklərini və bu qadağaları şəriətə uyğun olaraq dəyərləndirdiklərini vurğulayıb:
“İslam Əmirliyi hər bir məsələni şəriətlə tənzimləməyə çalışır və hakim hökumət ölkədə şəriət əleyhinə hərəkətlərə icazə verə bilməz”.
Zəbihullah Mücahid bu qərarları xalqın dini tələbləri ilə aldıqlarını iddia edərək beynəlxalq ictimaiyyəti daxili işlərə qarışmadan humanitar yardımları davam etdirməyə çağırıb.
Manşet.az