“Ataların atası” kimi tanınan mafiya lideri 30 ildən sonra ƏLƏ KEÇİRİLDİ - FOTO

14:51 - 16 Yanvar 2023

“Ataların atası” kimi tanınan mafiya lideri 30 ildən sonra ƏLƏ KEÇİRİLDİ - FOTO

Avropanın ən çox axtarılan mafiya lideri, “ataların atası” kimi tanınan Matteo Messina Denaro 30 illik qaçaq həyatından sonra yaxalanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliyanın baş naziri Giorgia Meloni xəbəri "mafiya qarşısında təslim olmadığını göstərən dövlətin böyük qələbəsi" olaraq şərh edib.

Messina Denaro müalicə üçün getdiyi klinikada yaxalanıb. 60 yaşlı mafiya lideri 1993-cü ildən axtarışda idi. Onun 50-yə yaxın qətllə əlaqəsi olduğu bildirilir.

Denaro onlarla adamı öldürmək və ya qətl sifariş verməkdən ömürlük həbsə məhkum edilib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az