100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək - FOTO

16:35 - 16 Yanvar 2023

100-ə yaxın Ukrayna hərbçisi ABŞ-də “Patriot”un işini öyrənəcək - FOTO

Ukrayna hərbçiləri “Patriot” raketdən müdafiə sisteminin istifadəsi üzrə təlimlərdə iştirak etmək üçün ABŞ-nin Oklahoma ştatına gediblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” nəşrinin jurnalisti Ostap Yarış məlumat verib.

Onun sözlərinə görə, Oklahoma ştatına 100-ə yaxın ukraynalı döyüşçü gəlib. Pentaqon onlar üçün sürətləndirilmiş təlim proqramı hazırlayıb.

Qeyd edək ki, ukraynalılar Oklahoma ştatındakı Fort Silldə məşq edəcəklər. Standart təlim müddətinin altı aydan bir ilə qədər olmasına baxmayaraq, təlim müddəti qısa olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az