ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi “Trump Şirkətlər Qrupu” vergidən yayınma ittihamı ilə məhkəmə tərəfindən bu gün 1,6 milyon dollar cərimələnib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nyu-York qanunlarına görə, oxşar vergidən yayınma və saxtakarlıq halları nəticəsində şirkətlər maksimum 1,6 milyon dollar cərimə oluna bilər.
Qeyd olunur ki, Tramp Şirkətlər Qrupu bu cəriməni rahatlıqla ödəyə bilər, lakin onun ağır cinayətdə mühakimə olunduğuna görə, bundan sonra onun kredit və tenderlər əldə etmək qabiliyyətinə təsir göstərə bilər.
Trampın və ya onun ailə üzvlərindən hər hansı birinin bu iddiaya görə cəzalandırılacağı gözlənilmir.
Digər tərəfdən, Nyu York Baş prokuroru Letitiya Ceyms Tramp, onun üç böyük övladı və yüksək vəzifəli rəhbərlərinə qarşı "Trump Organization-a aid göydələnlər və qolf meydançaları kimi aktivlərin dəyərinin 10 ildən çox müddət ərzində maliyyə hesabatlarında təhrif edildiyi və vergidən yayınma" iddiası ilə 250 milyon dollarlıq ayrıca araşdırma davam edir.
Manşet.az