Skuterlər üçün referendum keçiriləcək

13:30 - 17 Yanvar 2023

Skuterlər üçün referendum keçiriləcək

Fransanın paytaxtı Parisdə elektrikli skuterlərdən istifadənin davam edib-etməməsi ilə bağlı ictimai səsvermə keçiriləcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Parisdə elektrikli skuterlərdən istifadənin davam edib-etməməsi ilə bağlı ictimai səsvermənin keçiriləcəyi açıqlanıb. Səsvermə aprelin 2-nə təyin edilib.

Paris meri Anne Hidalqo “Le Parisien” qəzetinə verdiyi açıqlamada qadağanın tərəfdarı olduğunu, lakin parislilərin istənilən qərarına hörmətlə yanaşacağını bildirib.

O, qadağa planının insanların sahib olduğu skuterləri hədəf almadığını da söyləyib və onların problem olmadığını əlavə edib:

"İcarə ilə istifadə olunan skuterlər yolumuzu kəsir və onlar təhlükəlidir. Vətəndaşlardan skuterlərlə bağlı çoxlu mənfi rəylər olub. Parisdə parklanma qadağalarına zidd olaraq elektriklə işləyən skuterlərin müxtəlif yerlərdə qaldığı, hətta bəzən şəhərin içindən keçən Sena çayına atıldığı bildirilib”.

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az