Avstraliya Açıq çempionatında Rusiya və Belarus bayraqları qadağan edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliya Tennis Federasiyası Avstraliya Açıq Tennis Turnirində Rusiya və Belarus bayraqlarının yarışlara buraxılmasına icazə verməyib.
Ukraynalı tennisçi Katerina Baindl ilə rusiyalı tennisçi Kamilla Rəhimova arasında keçirilən qarşılaşmada rusiyalı azarkeşlərin meydançanın kənarında bayraq dalğalandırması səbəbindən baş verən hadisələrdən sonra Federasiya siyasətini dəyişib.
Federasiya açıqlamasında, turnir çərçivəsində keçirilən matçlarda Rusiya və Belarus bayraqlarının dalğalanmasının qadağan edildiyini, eyni zamanda, "Tenisdən həzz almaq və mümkün olan ən yaxşı mühiti təmin etmək üçün oyunçularımız və azarkeşlərimizlə işləməyə davam edəcəyik" - ifadələrindən istifadə edib.
Manşet.az