Böyük Britaniyanın xarici işlər naziri Kleverli Kiyevə verdiyi hərbi dəstəyi müdafiə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, London administrasiyası Rusiyanın hücumlarına qarşı Kiyevə 14 “Challenger 2” tankı göndərəcəyini açıqlayıb.
Müharibənin "tezliklə" bitməsi üçün belə bir addım atdıqlarını ifadə edən Kleverli, "Bu müharibə artıq çoxdandır davam edir. İndi nəticəyə gəlmək vaxtıdır. Nəticə Ukraynanın qələbəsi olmalıdır. Putin isə öz qoşunlarının həyatını qorumalıdır " – deyib.
Manşet.az