Rusiya prezidenti Vladimir Putin, Rusiya iqtisadiyyatının 2022-ci ildə gözləniləndən daha yaxşı performans göstərdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin, “Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəqəmlərinə görə, ötən ilin yanvar-noyabr aylarında iqtisadiyyat cəmi 2,1 faiz kiçildi. Xaricilərlə yanaşı, hətta bizim bəzi ekspertlər də iqtisadiyyatda 10, hətta 20 faiz daralma gözləyirdilər. Ümumilikdə 2022-ci ilə qədər daralmanın 2,5 faiz səviyyəsində olacağını gözləyirik” – deyib.
O, bəzi bölgələrdə və sektorlarda məşğulluq açığının davam etdiyini vurğulayıb:
“Ən böyük azalma avtomobildən başqa bəzi fərqli sahələrdə yaşandı. Hökumət bu vəziyyəti düzəltmək üçün çalışmalıdır və bunun üçün bizim bütün imkanlarımız var. Biz məşğulluğu və real əmək haqqı artımını stimullaşdırmalıyıq”.
Manşet.az