"Mənzərəli otaq" da daxil olmaqla bir neçə Oskar filminin ulduzu, aktyor Culian Sands gəzintiyə çıxdığı Cənubi Kaliforniya dağlarında beş gündür itkin düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 65 yaşlı Sands cümə günü Baldi dağında cığırda yoxa çıxıb.
Axtarış-xilasetmə qrupları Los-Anceles şəhərinin təxminən 65 kilometr şimal-şərqində yerləşən San Gabriel Dağları bölgəsində axtarış aparıb, lakin yol şəraiti və uçqun riskləri səbəbindən əməliyyatları dayandırmalı olub.
Səlahiyyətlilər, hava şəraitinə uyğun olaraq vertolyotlar və dronlarla Sandsı axtardıqlarını və təhlükəsiz olduqda quruda axtarışları davam etdirəcəklərini söyləyib.
Manşet.az