Yaponiyada COVID-19 mövsümi xəstəlik sayılacaq

13:29 - 19 Yanvar 2023

Yaponiyada COVID-19 mövsümi xəstəlik sayılacaq

Yaponiya hökuməti aprelin 1-dən etibarən COVID-19-un hüquqi statusunu dəyişdirmək və onu mövsümi qripə uyğun kateqoriyaya keçirmək niyyətindədir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, qərar yanvarın 20-də Baş nazir Fumio Kişida və hökumət üzvlərinin iştirakı ilə keçiriləcək iclasda elan olunacaq.

Hazırda COVID-19 Yaponiyada yoluxucu xəstəliklər statusundadır və bu, koronavirusa yoluxanların dövlət hesabına müalicəsini tələb edir.

Bu status həm də COVID-19-a yoluxmaqda şübhəli bilinən insanların karantinə alınması kimi məhdudiyyətlərin tətbiqinə imkan verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az