Dünya bu xəbərlə çalxalanır: Putinə xəyanət edildi!

17:26 - 19 Yanvar 2023

Dünya bu xəbərlə çalxalanır: Putinə xəyanət edildi!

Almaniyanın dərc etdiyi xəbər bütün dünyada gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən ilin yazında Ukrayna ordusu ruslarla döyüşmək üçün yanacaq və sovet kalibrli sursatları tükənirdi. Qurtuluş gözlənilməz bir yerdən gəlib. Sözügedən xəbərə əsasən, Bolqarıstanın keçmiş hökuməti Rusiyanın Ukraynaya hücumunun ilkin mərhələsində gizli şəkildə Kiyevə kömək təklif edib.

Aİ və NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə tarixən yaxın münasibətdə olan Bolqarıstanın bu addımı Ukrayna üçün həyati əhəmiyyət kəsb edirdi. Çünki bu dövrdə Kiyevin ehtiyac duyduğu yanacağın 40 faizi Bolqarıstan tərəfindən qarşılanıb.

Keçmiş baş nazir Kiril Petkov, "Biz hesab edirik ki, müharibənin ilkin mərhələsində Ukrayna ordusuna lazım olan sursatın təxminən üçdə biri Bolqarıstandan gəlib" - deyib.

İddianı Kiyev də təsdiqləyib. Ukraynanın xarici işlər naziri Kuleba deyib ki, bu addım Petkovun dürüstlüyünü göstərir.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az