İsrail HƏMAS-ın saxladığı 4 məhbus üçün Roma Papası və BMT-dən kömək istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, HƏMAS-ın illərdir Qəzzada saxladığı israillilərdən Avera Menqistunun görüntülərini dərc etməsindən sonra İsrail hökuməti bu görüntüləri təsdiqləyib və İsrail Xarici İşlər Nazirliyi 4 israilli məhbusla bağlı açıqlama verib.
Açıqlamaya görə, xarici işlər naziri Eli Koen məsələ ilə bağlı Vatikanın prezidenti Papa Fransisk, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Mirjana Spolyariç Eqqerə məktub göndərib.
İsrail naziri məktublarda həmsöhbətlərini "Həması pisləməyə və Qəzzada HƏMAS-ın saxladığı İsrail vətəndaşlarının və əsgərlərinin cəsədlərinin azad edilməsi üçün hərəkətə keçməyə və təcili tədbirlər görməyə" çağırıb:
“Əsgərlərin cəsədlərini yəhudiliyə uyğun qaydada dəfni üçün qaytarmaq və əsir götürülən İsrail vətəndaşlarının ailələrinə təhvil vermək İsrail hökumətinin mənəvi borcudur”.
Manşet.az