Ukrayna Xarici İşlər və Müdafiə Nazirliyindən birgə BƏYANAT

16:28 - 19 Yanvar 2023

Ukrayna Xarici İşlər və Müdafiə Nazirliyindən birgə BƏYANAT

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın müdafiə naziri Oleksii Reznikov birgə bəyanatla çıxış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlər, dünya ölkələrini Ukraynaya tank dəstəyi göstərmək üçün “beynəlxalq tank koalisiyasına” qoşulmağa çağırıblar:

“Biz bütün tərəfdaş dövlətləri Ukraynanın özünümüdafiə qabiliyyətinin gücləndirilməsinə öz əməli töhfələrini əhəmiyyətli dərəcədə gücləndirməyə və bu yardımı keyfiyyətcə yeni səviyyəyə qaldırmağa çağırırıq.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin ən aktual ehtiyaclarından biri Qərb tanklarının köməyi ilə müasir zirehli texnika ilə təchizatını yaxşılaşdırmaq, atəş və manevr qabiliyyətini artırmaqdır.

Biz bütün uyğun dövlətləri Ukraynaya dəstək üçün beynəlxalq Tank koalisiyasının yaradılması təşəbbüsünə qoşulmağa və əməli töhfələr verməyə dəvət edirik”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az