ABŞ Müdafiə Nazirliyinin sözçüsünün müavini Sabrina Sinq, Ukraynanın Krımda əməliyyat keçirəcəyi təqdirdə Ukrayna ordusuna silah dəstəyi verməyə davam edəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sinq bildirib ki, Krım Ukrayna ərazisidir və ABŞ bu məsələdə uzun müddətdir ki, mövqeyini qoruyub saxlayır:
“Biz ukraynalıların hansı alətlərdən və silahlardan istifadə etmələrindən asılı olmayaraq öz torpaqlarını geri almaqda dəstəkləyəcəyik. Bunu əvvəldən dilə gətirməkdən çəkinmədik.
Krım 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni işğal olunmuş Ukraynanın bir hissəsidir. Onların onu geri almaq hüququ var”.
Manşet.az