Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentlər iki ölkə arasında enerji sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər.
Söhbət zamanı liderlər həmçinin Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual məsələləri haqda fikir mübadiləsi aparıblar.