Putin Təhlükəsizlik Şurasını ÇAĞIRDI

16:44 - 20 Yanvar 2023

Putin Təhlükəsizlik Şurasını ÇAĞIRDI

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı Rusiya Təhlükəsizlik Şurasını çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremldən verilən açıqlamada Putinin sədrliyi ilə keçirilən şura iclasında “xüsusi hərbi əməliyyat”la bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

Rusiya müdafiə naziri Sergey Şoyqunun həftənin əvvəlində əməliyyat qərargahına səfəri ilə bağlı Şuraya məlumat verib və Putinin beynəlxalq telefon danışıqları ilə bağlı da məlumat ötürdüyü bildirilib.

Bəyanatda o da qeyd edilib ki, şura üzvləri cari sosial və iqtisadi məsələlərlə bağlı danışıqlar aparırlar.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az