Rusiyada koronavirusun yeni növü yayıldı

15:24 - 23 Yanvar 2023

Rusiyada koronavirusun yeni növü yayıldı

Rusiyanın Krasnoyarsk diyarında koronavirusun yeni ştammı “Cerberus”a ilk yoluxma halları qeydə alınıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin Krasnoyarsk diyarı üzrə departamentinin rəhbəri Dmitri Qoryayev teleqram kanalında bildirib.

"Son iki həftə ərzində omikronun əvvəllər bizim subyektdə qeydə alınmayan genetik xətləri aşkar edilib - BQ.1.1 ("Cerberus"), BF.7 və BQ.1.2", - deyə o qeyd edib.

Məlumata görə, ərazidə ən çox yayılan "Hippoqrif" (XVV.1) ştamıdır.

Qeyd edək ki, "Cerberus" ştamına daha əvvəl Rusiya ərazisində rast gəlinməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az