İranda Mahsa Amini nümayişlərindən bəri 79 jurnalist saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Jurnalistlər Birliyi paytaxt Tehranda 3 qadın jurnalistin saxlanıldığını açıqlayıb.
İranda qadın jurnalistlər Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zəriinin saxlanıldığı bildirilir.
Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zərii Tehranın Evin həbsxanasında saxlanılır.
Şafiinin rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyi təhdid etməkdə günahlandırıldığı qeyd edilsə də, digər 2 jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.
Manşet.az