"Toplantının mənası yoxdur, İsveç qərar verməlidir!" - Çavuşoğlu

19:48 - 26 Yanvar 2023

\"Toplantının mənası yoxdur, İsveç qərar verməlidir!\" - Çavuşoğlu

İsveç NATO üzvü olub-olmaması ilə bağlı qərar verməlidir. Təxribatların məqsədi İsveçin NATO-ya üzvlüyünün qarşısını almaqdır. PKK ilə əməkdaşlıq edib, üzvlük prosesinə “minalar basdırırlar”. Bu minaları İsveç təmizləməlidir.

 

Manset.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırki vəziyyətdə üçtərəfli toplantının mənası yoxdur. Toplantı mövcud vəziyyətin ona kölgə salacağı, xələl gətirəcəyi səbəbindən təxirə salındı. Həmçinin İsveçin də bəyanatın tətbiqi ilə bağlı ciddi addım atmadığını görürük”, - deyə XİN rəhbəri bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az