İsrail hərbçiləri 4 fələstinlini yaraladı

20:12 - 26 Yanvar 2023

İsrail hərbçiləri 4 fələstinlini yaraladı

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində açdığı atəş nəticəsində 4 fələstinli yaralanıb.

 


Manset.az xəbər verir ki, İsrail ordusunun 9 fələstinlini öldürdüyü Cenin basqından sonra Ramallah və Əl-Birə şəhərlərində nümayişlər keçirilib.

Nümayişlər zamanı İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmalar baş verib. İsrail qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə edərkən, fələstinlilər daşla cavab verib.

Ramallah xəstəxanasının baş həkimi Əhməd əl-Bitavi də verdiyi açıqlamada şəhərdə 4 fələstinlinin İsrail qüvvələrinin güllələri nəticəsində yaralandığını bildirib.

Bitavi xəstəxanaya qaldırılan və sağlamlıq qrupları tərəfindən müalicə edilən yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

İsrail qüvvələrinin Cenin Qaçqınlar Düşərgəsinə basqının ikinci intifadadan sonra ən böyük hücum olduğu bildirilir.

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ilin əvvəlindən 5-i uşaq olmaqla 29 fələstinli həyatını itirib.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az