Rusiya bu gün 55 raket atıb, 47-si məhv edildi - Ukrayna

20:49 - 26 Yanvar 2023

Rusiya bu gün 55 raket atıb, 47-si məhv edildi - Ukrayna

Rusiya bu gün Ukrayna ərazisinə 55 raket atıb, onlardan 47-nin məhv edilib.

 

 

Manset.az xəbər verir ki, “Ukrinform” Ukrayna Dövlət Xəbər Agentliyinin məlumatına görə, səhər saatlarında rus qoşunları tərəfindən buraxılan raketlər Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Vinnitsa və Odessa bölgələrinə düşüb. Kiyevin Qoloseyevski rayonunda baş verən hücumlarda 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ukrayna Baş Qərargahının rəisi Valeriy Zalujnı raketlərin 20-nin isə paytaxt Kiyevə atıldığını açıqlayıb. 

Bundan əlavə, 4 ədəd X-59 idarə olunan hava raketindən 3-ü hədəflərinə çata bilməyib.

O, bildirib ki, rusların məqsədi dəyişmir: "Onlar ukraynalılara psixoloji təzyiq üçün infrastrukturu məhv edirlər”.

Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada atılan raketlərin hava və dəniz bazalı raketlər olduğu bildirilib və  müxtəlif raketlərdən (X-47 Xəncər 2 ədəd, X-101), X-555 təxminən 40 ədəd, Kalibr 9 ədəd, X-59 4 ədəd raketdən istifadə edilib.

Açıqlamada sözügedən raketlərin Xəzər və Qara dənizdən, eləcə də Rusiya sərhədlərindən atıldığı bildirilib.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az