Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağından iki raket buraxılıb. raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək zərərsizləşdirilib", - deyə məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə əraziyə hava hücumu sirenlərinin işə salındığını bildirmişdi.