İsveçdə Tövratı yandırmaq istəyən şəxs İsrailin müdaxiləsindən sonra müraciətini geri götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, naməlum bir İsveç vətəndaşı və bir misirli yazıçı cümə axşamı Stokholmda İsrail səfirliyi qarşısında Tövrat perqamentini yandıraraq etiraz aksiyası keçirmək üçün icazə istəyib.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Havat nümayişin qarşısını almaq üçün İsveç Xarici İşlər Nazirliyi və Stokholm polisi ilə görüşərək etirazı dayandırdıqlarını bildirib.
Manşet.az