İspaniya Kralı Felipe və Kraliça Letisiya Madrid Kral Sarayında keçirilən ənənəvi illik qəbulda iştirak ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, diplomatlar üçün keçirilən mərasimə bir çox ölkədən səfirlər qatılıb. Sözügedən qəbulda iştirak edən səfirlər arasında İranın İspaniyadakı səfiri Həsən Qaşqavi də olub.
Qaşqavinin yalnız Kralın əlini sıxması, Kraliçaya isə sadəcə salam verməsi diqqət çəkib.
Digər tərəfdən, kraliça Letisiya da səfirə əl uzatmayıb.
Sosial şəbəkələrdə yayılan videoda kraliçanın onunla əl sıxmayan səfir Qaşqaviyə baxışı gündəmə çevrilib.
Manşet.az