Böyük Britaniyada vergi qalmaqalı baş verib. Baş nazir Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının sədri Nadim Zahavini istefaya göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zahaviyə qarşı vergidən yayınma iddiaları var idi. İddialardan sonra istintaq açılıb.
Araşdırmadan sonra Sunak Zahaviyə məktub göndərib. O, məktubda vergidən yayınma iddialarını müstəqil etika məsləhətçisinin araşdırdığını və nazirliklə bağlı qanunların ciddi şəkildə pozulduğu qənaətinə gəldiyini bildirib.
Manşet.az