Pakistanda məsciddə PARTLAYIŞ – Ölənlər var (VİDEO)

14:18 - 30 Yanvar 2023

Pakistanda məsciddə PARTLAYIŞ – Ölənlər var (VİDEO)

Pakistanın Hayber Paxtunxva əyalətində günorta namazı vaxtı məsciddə partlayış baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şəhərin Polis Xəttləri ərazisindəki məsciddə günorta namazı vaxtı intihar hücumu baş verib. Hücum nəticəsində azı 28 nəfər həlak olub.

Xəstəxana rəsmisi hadisə zamanı yaralananlardan 10-15-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Partlayış nəticəsində məscidə, eləcə də ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az