Fələstinlilərlə sülh danışıqlarına çox da bağlı olmayın, mən başqa üsula cəhd edirəm - Netanyahu

14:21 - 01 Fevral 2023

Fələstinlilərlə sülh danışıqlarına çox da bağlı olmayın, mən başqa üsula cəhd edirəm - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu, bir çoxlarının fələstinlilərlə sülh danışıqlarına “həddən artıq aludə olduğunu” vurğulayaraq, başqa üsul sınadığını söyləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu ABŞ-ın aparıcı media orqanlarından biri olan CNN telekanalına müsahibəsində deyib:

“Ərəb-İsrail münaqişəsi faktiki olaraq başa çatdıqda, biz fələstinlilərlə danışıqlara qayıda və etibarlı sülh mühiti yarada biləcəyik”.

73 yaşlı lider ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə imzalanan İbrahim sazişləri çərçivəsində mühüm uğurların əldə edildiyini əsas gətirərək deyib:

Fələstinlilərlə görüşmək əvəzinə birbaşa ərəb ölkələrinə getdim və sülhə yeni yanaşma ilə əlaqələr qurdum. Tarixi sülh müqavilələrimizi, İbrahim müqavilələrini imzaladım. Məndən əvvəl ümumilikdə 70 il hakimiyyətdə olmuş digər baş nazirlərlə müqayisədə iki dəfə çox sülh sazişi imzalamışam.

ABŞ prezidenti Co Bayden də tez-tez İsrailin İordan çayının qərb sahilindəki mövqeyinə qarşı çıxıb və bunun sülh prosesinə zərər verdiyini iddia edib.

Baydenin nöqteyi-nəzəri ilə razılaşmadığını bildirən Netanyahu fələstinlilərlə münasibətlərlə bağlı bunları deyib:

“Mən, əlbəttə ki, onların özlərini idarə etmək üçün lazım olan bütün səlahiyyətlərə malik olmasını istəyirəm. Bununla belə, bizim üçün təhlükə yarada biləcək heç bir element olmamalıdır. Bu o deməkdir ki, İsrailin təhlükəsizlik məsuliyyəti əsas prioritetdir”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az