Bayden Polşada Zelenski ilə görüşə bilər

14:24 - 01 Fevral 2023

Bayden Polşada Zelenski ilə görüşə bilər

ABŞ Prezidenti Cozef Bayden bu ayın sonunda Polşaya səfəri çərçivəsində ölkənin lideri Anjey Duda və Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşə bilər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Polşanın "Dziennik Gazeta Prawna" nəşr diplomatik mənbələrə istinadən yazır.

Hələ ki nə ABŞ, nə də Ukrayna tərəfləri bu görüşü təsdiqləməyiblər.

Məlumatlara görə, görüş fevralın sonunda, Rusiya-Ukraynada müharibəsinin ildönümü ərəfəsində baş tuta bilər.

Görüş üçün Polşanın paytaxtı Varşava şəhəri və ya Ukrayna ilə sərhəddə yerləşən Rzeşov şəhəri nəzərdə tutulub.

Nəşrin məlumatına görə, bu görüş Ukrayna münaqişəsinin həlli üçün həyata keçirilən görüşlər sxeminin bir hissəsinə çevrilməlidir.

Zelenski Baydenə 10 bənddən ibarət sülh planını, o cümlədən Rusiya tərəfindən törədilən müharibə cinayətlərini araşdırmaq üçün Xüsusi Tribunalın yaradılmasını təqdim etməyi planlaşdırır.

Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin iştirak edəcəyi beynəlxalq konfransın çağırılması təklif ediləcəyi gözlənilir.

Bu ölkələr sırasında ABŞ-dan əlavə Kanada, Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya və Polşa da olacaq.

Həmçinin Cozef Baydenin Ukraynaya səfəri planlaşdırılmadığı qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az