Putin Təhlükəsizlik Şurası katibinin birinci müavinini vəzifəsindən azad etdi

14:51 - 01 Fevral 2023

Putin Təhlükəsizlik Şurası katibinin birinci müavinini vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanovu tutduğu vəzifədən azad edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.

Yuri Averyanov 2000-ci ilin iyulundan prezident administrasiyasında işləyib.

Qeyd edək ki, yanvarın 20-də Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu vəzifəsindən azad etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az