Rusiya Quran üçün Avropaya çağırış göndərəcək

14:53 - 01 Fevral 2023

Rusiya  Quran üçün Avropaya çağırış göndərəcək

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko İsveçdə Qurani-Kərimin yandırılmasını və buna bənzər hərəkətləri ciddi şəkildə pisləmək üçün Avropa parlamentlərinə çağırış göndəriləcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,

Matviyenko bu cür aksiyaları təşkil edənlərin dünyanı yandırdığını, yeni gərginliklər yaratdığını ifadə edib:

“Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edirlər”.

Dünyanın bütün ağlı başında olan güclərin bu cür hərəkətləri nəinki pislədiklərini, əksinə onların dayandırılmasını istədiklərini xatırladan Matviyenko Rusiyanın bütün millətlərin nümayəndələrinə hörmət edən çoxmillətli ölkə olduğunu bildirib.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsindən İsveçdəki aksiyaya cavab olaraq işləməyi xahiş edən Matviyenko deyib: “Gəlin Federasiya Şurası adından Avropa parlamentlərinə bu cür təhqiredici hərəkətləri ciddi şəkildə pisləyən və belə halların qarşısını almaq üçün bütün tədbirlərin görülməsini tövsiyə edən çağırış göndərək”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az