Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Rusiya və ABŞ arasında yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) vacibdir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov ABŞ-ın silahlara nəzarət üçün hüquqi və müqavilə çərçivələrini məhv etdiyini bildirib:
"Biz görürük ki, bütün hərbi infrastruktur, o cümlədən NATO peykləri Ukraynanın maraqları üçün Rusiyanın əleyhinə işləyir. Bunlar bizim üçün düşmənçilik mühiti yaradır ki, biz onu gözardı edə bilmərik”.
Rusiyanın razılaşmanın davam etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Peskov, "Əslində bu, ABŞ-ın təhlükəsizlik və silahlara nəzarət üçün bütün hüquqi və müqavilə çərçivələrini məhv etdiyi üçün qüvvədə qalan yeganə müqavilədir" – deyib.
Manşet.az