Böyük Britaniyanın keçmiş lideri Boris Conson baş nazir Rişi Sunakın Ukraynaya döyüş təyyarələri göndərməmək qərarını tənqid edib.
Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Conson Sunaka müraciətində deyib:
“Vaxtınıza qənaət edin, pula qənaət edin, həyat xilas edin. Nə vaxt deyirdik ki, Ukraynaya bu və ya digər silahı vermək səhv olar, axırda onları göndərirdik. Ukraynalılara lazım olanı mümkün qədər tez göndərin. Bunu yerinə yetirin. Putini unudun”.
Manşet.az