Rusiya firmasının çox danışılan təklifinə Kremldən DƏSTƏK

17:15 - 01 Fevral 2023

Rusiya firmasının çox danışılan təklifinə Kremldən DƏSTƏK

Kreml Rusiya şirkətinin Ukraynaya göndərilən tankları məhv edən əsgərlərə pul mükafatı vermək təklifini dəstəkləyib.

 

Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, sözügedən təklif Qərbdə böyük təsir bağışlayıb.

Şirkətin etdiyi təklif bu gün Kremldən dəstək alıb. Kremlin sözçüsü Dmitri Peskov təklifi alqışladıqlarını bildirib və mükafatın rus əsgərləri üçün böyük stimul olacağını vurğulayıb.

Peskov açıqlamasında "Bu tankların Ukraynaya girəcəyi təqdirdə yandırılacağını artıq demişdik. Bu, rus əsgərləri üçün əlavə stimul olacaq"  - deyib.

Eyni zamanda, Belarus rəsmiləri Rusiyanın “İsgəndər” raketlərinin təlimlərin başa çatması ilə birlikdə xidmətə başladığını açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az