Rusiyanın neft hasilatı və ixracı stabil şəkildə davam edir.
Manset.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Novak deyib.
O, sanksiyalara, Avropa embarqosu və tavan qiymətinə baxmayaraq, neft hasilatı və ixracın stabil olduğunu bildirib.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlamasında neft bazarları ilə bağlı qiymətləndirmələr edib.
Qlobal neft bazarlarında davam edən qeyri-müəyyənliklərə işarə edən Novak biz davamlı olaraq təhlil edilən bir çox qeyri-müəyyənlik görürük. Bunlar qlobal iqtisadiyyat, təklifin artması və ya tələbin artması ilə bağlı suallardır deyib.
Çin iqtisadiyyatının açılmağa başladığını və neft istehlakında artım gözlədiklərini açıqlayan Novak inflyasiya gözləntilərinin də ortadan qalxmadığını və dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının atacağı addımları yaxından izlədiklərini əlavə edib.
Davud