ABŞ dövlət katibi Antoni Blinken 30 ildən sonra Solomon adalarının paytaxtı Honiarada ABŞ səfirliyinin açıldığını elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keçmiş Çin xarici işlər naziri Vanq Yi ötən il Solomon adalarına səfər edib və Çin ilə Solomon adaları arasında ticarət müqavilələri, eləcə də təhlükəsizlik müqavilələri imzalanıb.
ABŞ-ın Solomon Adalarındakı səfirliyi 5 il xidmət etmiş, sonra 1993-cü ildə diplomatik postların qlobal ixtisarının bir hissəsi olaraq bağlanmışdı. Səfirliyin açılmasının iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayan ABŞ dövlət katibi Antoni Blinken bölgədə daha çox diplomatik personalın yerləşdiriləcəyini bildirib.
Manşet.az