ABŞ-ın aerokosmik və texnologiya şirkəti General Atomic Aeronautical Systems Ukraynaya iki pilotsuz təyyarəni 1 dollara satmağı təklif edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, satışı gerçəkləşdirmək üçün tələb olunan tək şey ABŞ administrasiyasının razılığıdır.
ABŞ-ın aerokosmik və texnologiya şirkəti General Atomic Aeronautical Systems-in baş icraçı direktoru Linden Blu çərşənbə günü Ukraynaya iki pilotsuz təyyarə, “MQ-9 Reaper” və “MQ-1C Grey Eagle” dron modellərini 1 dollara vermək istədiklərini söyləyib. Heç bir şərt təqdim etmədiklərini bildirən Blu, tələb olunan tək şeyin ABŞ rəhbərliyinin təsdiqi olduğunu bəyan edib. Baş icraçı Blu, açıqlamasında bunları deyib:
“Rusiya işğalının əvvəlindən biz Ukrayna qoşunlarının, o cümlədən pilotsuz təyyarə modellərimiz MQ-9 Reaper və MQ-1C Grey Eagle-ın sorğularına cavab vermək üçün variantlar axtarırdıq. Bu, heç bir şərt olmadan əla bir müqavilədir. Tələb olunan tək şey ABŞ hökumətinin razılığıdır”.
Manşet.az