Quranın yandırılması Qərb siyasətçilərinin ikiüzlülüyünü göstərir - Çin

16:53 - 02 Fevral 2023

Quranın yandırılması Qərb siyasətçilərinin ikiüzlülüyünü göstərir - Çin

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Qurani-Kərimin yandırılması ilə bağlı fikir bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ninq bildirib ki, ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçdə Qurani-Kərimi yandırması və bundan sonra belə hərəkətlər “bəzi Qərb siyasətçilərinin inanc azadlığı ilə bağlı ikiüzlülüyünü” göstərir:

“Dini etiqad azadlığına hörmət beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edilir. Müsəlmanların iman və dini hisslərinə hörmət edilməlidir. Bu hallar din azadlığına hörmət etdiyini iddia edən bəzi Qərb siyasətçilərinin ikiüzlülüyünü göstərir”.

Mao Çinin sivilizasiyalararası dialoqun tərəfdarı olduğunu və müsəlmanların və digər dini qrupların inanc azadlığını qorumaq üçün İslam ölkələri ilə işləməyə davam edəcəyini vurğulayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az