Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen sabah keçiriləcək Aİ-Ukrayna sammiti öncəsi Ukrayna Nazirlər Kabineti və Aİ Komissiyasının birgə iclasının bağlanışında çıxış edib.
Manset.az xəbər verir ki, Aİ Komissiyasının Aİ-nin Ukrayna bayrağı Brüsseldə dalğalanana qədər ona dəstəyini davam etdirəcəyini bildirib.
İclasda 20-yə yaxın məsələni müzakirə etdiklərini bildirən Ursula von der Leyen komandasının Ukraynanı dəstəkləmək və onun gələcəyini eyni masa arxasında hazırlamaq üçün çalışdıqlarını görmək çox təsir edicidir. Bu dünyaya güclü siqnaldır deyib.
"Aİ Ukraynanı sona qədər, Aİ-nin mərkəzində, Brüsseldə, Berlaymont binasının (Aİ Komissiyasının yerləşdiyi yer) qarşısındakı dirəkdə Ukrayna bayrağı qaldırılan günə qədər dəstəkləyəcək" - deyə Leyen bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski isə dəyərlərinin talelərinin və düşmənlərinin ortaq olduğunu bildirib.
Avropanı "Ukraynasız" təsəvvür etməyin artıq mümkün olmadığını deyən Zelenski, bizim qurumlarımız faktiki olaraq Aİ ilə Aİ üzvü olan bir ölkə arasında olması lazım olduğu kimi qarşılıqlı əlaqədədir. İndi bütün bunları siyasi görüşdə təsdiqləməliyik deyib.
Qeyd edək ki, Aİ-Ukrayna sammiti sabah Kiyevdə müharibə başlayandan bəri ilk dəfə keçiriləcək. Aİ və Kiyev administrasiyasının yüksək vəzifəli şəxsləri görüşəcək. Sammit iki sessiyadan ibarət olacaq. Sessiyaların birincisində Ukraynanın Aİ-yə namizədliyi, üzvlük və inteqrasiya prosesləri müzakirə olunacaq.
Müharibənin başlamasından 4 ay sonra, 23 iyun 2022-ci ildə “Aİ-yə namizəd” statusu verilən Ukraynanın qısa müddətdə üzv olacağı gözlənilmir.
Aİ rəsmiləri xatırladırlar ki, ölkə Aİ-yə üzv olmaq üçün Kopenhagen meyarlarına cavab verməlidir.
Davud