ABŞ-da yaşayan 24 yaşlı Mirakl Poq babasından böyük olan 85 yaşlı Çarlz Poqla evlənib. Mirakl Poq ərinin heç vaxt uşaq sahibi olmadığını, ilk məqsədinin körpə dünyaya gətirmək olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın cənub-şərqindəki Missisipi ştatında yaşayan Mirakl 2019-cu ildə babasından da böyük olan 85 yaşlı Çarlz ilə tanış olub. Cütlüyün dostluğu tezliklə sevgiyə çevrilib.
Onlar evlənməyə qərar verərək toy ediblər. Mirakl ərinin heç vaxt övladı olmadığını, ilk məqsədlərinin uşaq sahibi olmaq və ərinin nəslinin davam etməsini təmin etmək olduğunu bildirib.
Mirakl, anası, 45 yaşlı Tamika Fillips və 72 yaşlı babası Co Braunun Çarlzla evliliklərini dəstəklədiyini söyləyib. Ərini olduğu kimi sevdiyini və aralarındakı yaş fərqinin heç bir əhəmiyyəti olmadığını ifadə edən qadın, "Çarlzla puluna görə deyil, ona aşiq olduğum üçün evləndim" – deyib.
Manşet.az