Rusiyadan bu ölkəyə təhdid kimi BƏYANAT: “İkinci Ukrayna”

11:57 - 03 Fevral 2023

Rusiyadan bu ölkəyə təhdid kimi BƏYANAT: “İkinci Ukrayna”

Keçmiş sovet respublikalarını müstəqil dövlətlər deyil, özlərinin idarəçiliyində görməyə davam edən Moskva Ukraynadan sonra Moldovada da oxşar “müdaxilə” edilə biləcəyi ilə hədələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moldova ilə Qərb dövlətləri arasında artan dialoqdan narahatlığını bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ikinci Ukrayna” ilə hədələyərək, müharibənin yayıla biləcəyinə işarə edib.

“Rossiya-24” dövlət televiziyasına danışan Lavrov, “Moldovada qeyri-demokratik seçki ilə hakimiyyətə gələn və eyni zamanda Rumıniya vətəndaşı olan prezident Maya Sandu NATO-nun istəklərini yerinə yetirməyə can atır. Moldova prezidenti ölkəsinin yaxın gələcəkdə Rumıniya ilə birləşməyi planlaşdırdığını gizlətmir” - deyə o, bu siyasətə qarşı olduqlarını bildirib.

Həmçinin, “Qərb dövlətləri Ukraynadan sonra diqqətlərini Moldovaya yönəldiblər. Onlar Moldovanı ikinci Ukrayna etmək istəyirlər”- Lavrov əlavə edib.

2014-cü ildə Rusiyanın müdaxiləsi ilə Ukraynada yaradılmış Donbas separatçı bölgəsi kimi, 1991-ci ildən Moldovanın şərqində Dnestryanı bölgədə yerləşir. Moldovada rus separatçılarının üsyanı baş verərsə, burada da analoji Ukrayna müharibəsinin baş verəcəyi istisna edilmir. Dnestryanı Ukrayna ilə həmsərhəddir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az