Türkiyə XİN-ə çağırılan 9 ölkənin səfirlərinə verilən MESAJ - Çavuşoğlu AÇIQLADI

13:11 - 03 Fevral 2023

Türkiyə XİN-ə çağırılan 9 ölkənin səfirlərinə verilən MESAJ - Çavuşoğlu AÇIQLADI

Hollandiya, Almaniya, Fransa, İsveçrə, Belçika və İngiltərə təhlükəsizlik səbəbiylə İstanbuldakı konsulluqlarını bağladığı halda, bu ölkələrin də olduğu 9 ölkənin səfirləri dünən axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı etdiyi şərhdə səfirlərə “Terror təşkilatlarının məkrli gündəminə xidmət etməyin” mesajının verildiyini bildirib.

Hollandiya, Almaniya, Fransa, İsveçrə, Belçika və İngiltərə İstanbuldakı konsulluqlarını təhlükəsizlik təhdidi səbəbi ilə bağladığı halda, bu addım Türkiyəni hərəkətə keçməyə sövq etdi. Xarici İşlər Nazirliyi dünən axşam saatlarında konsulluqlarını bağlayan ölkələr də daxil olmaqla 9 ölkənin səfirlərini nazirliyə çağırıb.

Konsulluqlarının bağlanmasının məqsədyönlü olduğunu bildirən Çavuşoğlu, "Türkiyədə terror təhlükəsi olduğu görüntüsünü vermək istəyirlərsə, bu dostluğa sığmaz. Əgər bizi çətin vəziyyətə salmağa çalışırlarsa, bu, dostluğa sığmaz. Xalqımız onların arxasında nə olduğunu çox yaxşı bilir. Biz bir qədər dürüstlük gözləyirik, dünən səfirlərə verdiyimiz mesaj budur. Səfirə lazımi xəbərdarlıqları etdik. Quranın yandırılması alçaqlığından sonra biz də təhlükəsizlik tədbirlərini, xüsusən də bəzi ölkələrin missiyaları üçün gücləndirdik. Bəzi Avropa ölkələrini də görürük ki, bu hadisə ilə heç bir əlaqəsi yoxdur və onlar da bağlayırlar" – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az