Tam yeni "Porsche" onda biri qiymətinə SATIŞA ÇIXARILDI

14:06 - 03 Fevral 2023

Tam yeni \"Porsche\" onda biri qiymətinə SATIŞA ÇIXARILDI

Çində real ola bilməyəcək qədər ucuz qiymətə satışa çıxarılan lüks idman avtomobili alıcıların diqqətini çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yinçuan şəhərindəki Porsche dileri avtomobili cəmi 124 min yuana yəni, təxminən 18.300 dollara satışa çıxarıb. Amma Porsche-nin Panamera modelinin başlanğıc qiyməti əslində 148 min dollardır.

Alman avtomobil istehsalçısının sözçüsü bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib:

"Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, Yinchuan Porsche dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxladı və müvafiq nəticəyə nail olmaq üçün danışıqlar apardı".

Diler təklif edən hər kəslə görüşüb, vəziyyəti izah edib, üzr istəyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az