Ermənistan ötən il 100 milyonlarla dollar dəyərində almaz ixrac etdi

17:25 - 03 Fevral 2023

Ermənistan ötən il 100 milyonlarla dollar dəyərində almaz ixrac etdi

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan 2022-ci ildə emal olunmuş almaz ixracının 400 milyon dolları keçdiyini bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kerobyan Ermənistanın ötən il ixracatının 77 faiz artdığını və bunun əhəmiyyətli hissəsinin təkrar ixrac məhsullarından ibarət olduğunu bildirib.

Xüsusilə almaz emalı sahəsində mühüm irəliləyişlərin olduğuna vurğulayan Kerobyan, “2020-ci ildə emal olunmuş almazlardan ümumi ixracımız 75 milyon dollar, 2021-ci ildə isə təxminən 175 milyon dollar olduğu halda, 2022-ci ildə 400 milyon dolları keçdi" – deyib.

O, almaz emalı sahəsində ixracın daha da artacağını gözlədiklərini bildirib:

"Keçən il dünyanın bir neçə aparıcı almaz şirkəti Ermənistanda almaz emalı fabrikləri qurmaq üçün layihələrə başlayıb və hazırda tamamlanmaq üzrədir".

Kerobyan sözügedən fabriklərin ilin birinci rübündə açılacağına ümid etdiklərini ifadə edərək, 2022-ci ildə zərgərlik məmulatlarının ixracının ilk dəfə olaraq 100 milyon dolları keçdiyini qeyd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az