Beynəlxalq polis qüvvəsi İnterpol 16 ildir axtarışda olan “Ndrangheta” mafiya tipli cinayət təşkilatının üzvü 63 yaşlı Edqardo Qrekonu saxladıqlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çox təhlükəli olduğu bildirilən Qrekonun Fransada bir restoranda pizza aşpazı işlədiyi bildirilib.
İnterpolun baş katibi Yurgen Stok, "Xaricdə sakit bir həyat sürməyə çalışsalar da, ədalətdən həmişəlik qaça bilməzlər. Dünyanın hər yerində ədalətin bərqərar olmasını təmin edən fədakar polislər həmişə olacaq” - deyib.
Manşet.az